Luis Suares
İdman
105
22:10, Bu gün

Luis Suares "İnter Mayami" ilə müqaviləsinin müddətini yeniləməyi düşünmür

ABŞ təmsilçisi "İnter Mayami"nin hücumçusu Luis Suares klubu ilə müqaviləsinin müddətini yeniləməyi düşünmür.

Moderator.az "TyC Sports"a istinadən xəbər verir ki, 38 yaşlı uruqvaylı futbolçu karyerasında ilk dəfə çıxış etdiyi ölkəsinin "Nasyonal" komandasına qayıtmağı planlaşdırır.

"İnter Mayami" və Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Suarez 2024-cü ildə "İnter Mayami"yə keçib. Bu mövsüm o, klubda 32 oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Link kopyalandı!
Son xəbərlər