2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsinin İran - Misir qarşılaşması LGBT-yə həsr olunacaq.
Moderator.az Sports.ru-ya istinadən xəbər verir ki, DÇ-nin püşkatmasından əvvəl Sietlin Təşkilat Komitəsi 26 iyun tarixində planlaşdırılmış turnir oyununun LGBT-yə həsr olunacağını elan edib.
Elan zamanı həmin tarixdə hansı milli komandaların oynayacağı məlum deyildi. Püşkatmadan sonra bəlli olub ki, həmin gün Sietldə İran və Misir milli komandaları üz-üzə gələcəklər.
Misirdə homoseksual əlaqələr qadağandır. İranda homoseksual əlaqələrə görə maksimum cəza ölümdür.
Oyunun Məsləhət Komitəsi bildirib ki, tədbir planlaşdırıldığı kimi keçiriləcək.
Qeyd edilir ki, tədbir yerli komitə tərəfindən təşkil olunub və FIFA ilə əlaqəsi yoxdur.
Xatırladaq ki, turnir gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.