Məhəmməd Salah
İdman
107
18:30, Bu gün

Məhəmməd Salah "Liverpul"un heyətindən çıxarıldı

"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "İnter"lə keçiriləcək matç üçün komanda heyətindən çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə "RMC Sport"un jurnalisti Fabris Houkins "X" hesabında paylaşım edib.

Qərar "Liverpul"un direktorlar şurası və baş məşqçi Arne Slot tərəfindən qəbul edilib. Daha əvvəl Salah komandadakı rolu ilə bağlı narazılığını bildirmiş, həmçinin İngiltərə Premyer Liqasının 15-ci turunda "Lids Yunayted"lə (3:3) keçirilən matçdan sonra baş məşqçi Arne Slotu tənqid etmişdi.

Qeyd edək ki, bu mövsüm futbolçu "Liverpul"da 19 matç keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Hücumçunun klub ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər