Xabi Alonsonun
İdman
117
16:00, Bu gün

Xabi Alonsonun "Real Madrid"dəki gələcəyi ilə bağlı şərt qoyuldu

"Real"ın baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyi qeyri-müəyyəndir.

Moderator.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu ispan məşqçiyə şərt qoyub.

Xabi Alonsunun taleyi UEFA Çempionlar Liqasında "Mançester Siti" ilə matçda həll ediləcək. Əgər "Real Madrid" məğlub olarsa, ispan məşqçi işdən azad ediləcək. Bu qərar kral klubunun idarə heyəti tərəfindən təcili iclasda qəbul olunub.

Xatırladaq ki, La Liqanın son beş matçında "Real Madrid" yalnız bir qələbə qazanıb və turnir cədvəlində liderliyi "Barselona"ya uduzaraq ikinci yerə düşüb.

Qeyd edək ki, Xabi Alonsonun taleyini həll edəcək olan "Mançester Siti" ilə matç UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 10-da keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər