Qız futbolçular oğlanlarla eyni meydanda mübarizə aparacaq - AFFA-dan yenilik
İdman
620
12:46, Bu gün

Qız futbolçular oğlanlarla eyni meydanda mübarizə aparacaq - AFFA-dan yenilik

AFFA U-8, U-9, U-10 və U-11 liqalarında yeni qərar tətbiq olunub.
 
Moderator.az Tsport.az-a istinadən xəbər verir ki, qərara əsasən, komandaların əsas heyətində 1 nəfər qız futbolçunun iştirakına icazə verilir və bu hal federasiya tərəfindən etiraz olunmur.
 
Bununla yanaşı, əsas heyətin say limiti dəyişdirilməməli və pozulmamalıdır.
 
AFFA həmçinin bildirib ki, qız futbolçu həm oğlan, həm də qız oyunçu ilə sərbəst şəkildə əvəz oluna bilər.
 
Qərar, aşağı yaş qruplarında qızların futbola inteqrasiyasını genişləndirməyi və gender bərabərliyini təşviq etməyi hədəfləyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər