Lyuis Hemilton karyerasında ilk dəfə mövsümü podiumsuz başa vurdu
İdman
425
07 Dec 2025 | 23:43

Lyuis Hemilton karyerasında ilk dəfə mövsümü podiumsuz başa vurdu

Yeddiqat "Formula-1" çempionu, hazırda "Ferrari" komandasında yarışan 40 yaşlı britaniyalı pilot Lyuis Hemilton 2025-ci il mövsümündə əsas yarışda bir dəfə də olsun ilk üçlüyə düşə bilməyib.

Moderator.az xəbər verir ki, bu, pilotun karyerasında ilk olub.

Hemilton cari mövsümdə yalnız Çin Qran-prisində sprint yarışında qalib gəlib.

Xatırladaq ki, Lyuis "Formula-1"də debütünü 2007-ci il mövsümündə "McLaren" komandasının pilotu kimi edib. 2008-ci ildə Hemilton ilk çempionluğunu qazanıb.

2013-cü ildə o, "Mercedes"ə keçib və burada daha altı çempionluq əldə edib. Pilot 2025-ci il mövsümünü İtaliya komandasında keçirib.

Beləliklə də, britaniyalı son 44 ildə "Ferrari"də debüt mövsümündə podiuma çıxa bilməyən ilk pilot olub.

Link kopyalandı!
Son xəbərlər