03:12
10°C
Bakı
İtaliya A Seriyasının 14-cü turunda "Roma" "Kalyari"nin qonağı olub.
Moderator.az xəbər verir ki, görüşün taleyini bir qol həll edib.
52-ci dəqiqədə "canavarlar" azlıqda qalıblar. Meydan sahibləri say üstünlüyündən yalnız 30 dəqiqə sonra istifadə etməyi bacarıblar. Canluka Qaetano komandasına 3 xalı qazandıran qola imza atıb - 1:0.
Hazırda "Roma" 27 xalla 4-cü pillədə qərarlaşıb. Onun rəqibi isə 14 xalla 14-cüdür.