03:12
10°C
Bakı
Keçmiş UFC çəki dərəcəsində çempion gürcüstanlı Merab Dvalişvili ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 323 turnirində rusiyalı Petr Yana titul döyüşündə uduzmasını şərh edib.
Moderator.az xəbər verir ki, gürcü döyüşdən sonra keçirilən mətbuat konfransında deyib:
“Şou göstərməyə çalışdım və uduzdum. Onun daha yaxşı planı var idi. Onu təbrik edirəm, amma mən revanş istəyirəm. Öz metodumdan istifadə etdiyim və diyetoloqlara güvənmədiyim üçün çəki qazanmaq mənim üçün həmişə çətin olur. Amma bəhanə gətirmək istəmirəm. Şou göstərməyə çalışdım, hamı xoşbəxtdir – əsas odur. Mən cansıxıcı döyüş istəmirdim”.
Yan və Dvalişvili arasında döyüş bütün beş raund davam edib və yekdil qərarla rusiyalının qələbəsi ilə başa çatıb.