Super Liqa klubunda ayrılıq
İdman
1295
07 Dec 2025 | 19:48

Super Liqa klubunda ayrılıq

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

Volkan Demirel “Gənclərbirliyi” klubundan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşma əsasında 44 yaşlı mütəxəssisin Super Liqa təmsilçisi ilə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Volkan Demirel bu ilin oktyabr ayında komandaya rəhbərlik etməyə başlamışdı.

Link kopyalandı!
Son xəbərlər