Reşfordla bağlı şayiələrə REAKSİYA
İdman
1344
07 Dec 2025 | 18:58

Reşfordla bağlı şayiələrə REAKSİYA

Nüfuzlu insayder Fabritsio Romano bu mövsüm “Barselona”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Markus Reşfordun Kataloniya klubundan ayrılacağı ilə bağlı şayiələr haqda danışıb.

Moderator.az xəbər verir ki, Romano “YouTube” kanalında deyib:

“Barsa” indi qərar verməyəcək, tələsməyəcək, bu dekabr və ya yanvarın məsələsi deyil, mövsümün sonuna yaxın Reşfordla nə etmək istədikləri ilə bağlı texniki və maliyyə qərarını verəcək.

“Barselona” Reşford və Hansi Flikdən çox razıdır, buna görə də əhval-ruhiyyə əladır. Hələ heç nə qərarlaşdırılmayıb, “Barselona” nə Reşforda, nə də “Yunayted”ə heç nə bildirməyib” .

Bu mövsüm 28 yaşlı Reşford bütün turnirlərdə 20 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Link kopyalandı!
Son xəbərlər