Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib
İdman
2059
07 Dec 2025 | 16:03

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Moderator.az xəbər verir ki, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər