"İnter Mayami"nin futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.
Moderator.az-ın məlumatına görə, bu, "İnter Mayami"nin MLS 2025 Kubokunun pley-offunun final matçında "Vankuver Uaytkeps"ı 3:1 hesabı ilə məğlub edərək Şimali Amerika Liqası titulunu qazanmasından sonra baş verib.
İspaniyalı futbolçular son klub matçını keçiriblər. 37 yaşlı Buskets 2025-ci ilin sentyabrında, 36 yaşlı Alba isə bir az sonra, bu ilin oktyabrında karyerasını başa vuracağını açıqlayıb. Hər iki oyunçu 2025-ci il mövsümündən sonra futboldan getmək niyyətində idilər.
2008-ci ildə karyerasına başlayan Buskets "Barselona"da oynayıb. 2023-cü ilin yayında, 15 mövsüm keçirdikdən sonra, "İnter Mayami" ilə müqavilə imzalayıb. O, 840 klub oyununda iştirak edib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.
"Barselona" və "Valensiya" akademiyalarının yetirməsi olan Alba hər iki klubun böyüklər üçün komandalarında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri "İnter Mayami"də oynayıb.