İngiltərə Premyer Liqası:
İdman
122
06 Dec 2025 | 23:59

İngiltərə Premyer Liqası: "Liverpul" "Lids"lə bacarmadı

İngiltərə Premyer Liqasının 15-ci turunda son çempion "Liverpul" "Lids"in qonağı olub.

Moderator.az xəbər verir ki, matçda qalib müəyyənləşməyib - 3:3.

Huqo Ekitike 48-ci dəqiqədə mersisaydlıları hesabda önə çıxarıb. 50-ci dəqiqədə o, ikinci qolunu vurub. Dominik Kalvert-Levin 73-cü dəqiqədə penalti ilə fərqi azaldırb. Anton Stax isə 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Dominik Şoboslai 80-ci dəqiqədə mersisaydlıların üçüncü qolunu vurub. Ao Tanaka 90+6-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib.

Bu oyundan sonra "Lids Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 15 xalla 16-cı yerdədir. "Liverpul" isə 23 xalla 8-cidir.

Link kopyalandı!
Son xəbərlər