"Qarabağ" - "Ayaks" oyunu İctimai Televiziyada (İTV) canlı yayımlanacaq.
Moderator.az xəbər verir ki, bu barədə İTV rəsmi açıqlama yayıb.
Telekanal bildirib ki, "Saran Media" ilə imzalanmış razılaşmaya əsasən, 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün qarşılaşmaları İctimai Televiziya vasitəsilə tamaşaçılara təqdim olunur.
Həmin müqaviləyə uyğun olaraq, "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi matçlar da İTV-də yayımlanır. Tərəflər arasında davam edən əməkdaşlıq çərçivəsində aparılan son müzakirələrdən sonra əvvəlcədən nəzərdə tutulan yayım planında müəyyən dəyişikliklər edilib.
Nəticədə, yayımçı qurumların birgə təşəbbüsü ilə "Qarabağ" - "Ayaks" oyununu İctimai Televiziyanın canlı efirində göstərmək barədə qərar qəbul olunub.
Qarşılaşma dekabrın 10-da, saat 21:45-də start götürəcək.
Qeyd edək ki, indiyədək "Qarabağ"ın ev oyunlarını "CBC Sport" yayımlayırdı.