İdman
580
14:49, Bu gün

"Qarabağ"ın futbolçuları oyun günü nə yeyir? - Diyetoloq açıqladı

“Qarabağ” klubunun diyetoloqu İlqar Şamilov futbolçuların qidalanması ilə bağlı maraqlı detalları açıqlayıb. Moderator.az xəbər verir ki, o, İctimai Televiziyada yayımlanan “OffTOP” podkastının qonağı olub.
 
Şamilov bildirib ki, komandanın futbolçuları səhər yeməyində qırmızı şirin bibər yeməyə alışıb:
 
“Qırmızı şirin bibərdə olan C vitamini bir ədəd portağaldakından üç dəfə çoxdur”, – deyə diyetoloq vurğulayıb.
 
Onun sözlərinə görə, futbolçunun cəmi 500 qram və ya 1 kiloqram artıq çəkisi belə performansa birbaşa təsir edir:
 
“Biz hər bir futbolçunu, şikayəti olsun-olmasın, fizioterapiya otağından keçiririk. Ayrı-ayrı söhbətlər aparılır, vəziyyətləri yoxlanılır,” – deyə o bildirib.
 
Diyetoloq həmçinin oyun günləri verilən xüsusi rasiondan danışıb:
 
“Oyun günü futbolçulara az bişmiş çuğunduru zeytun yağı ilə birlikdə təqdim edirəm.”
 
Şamilov bəzi futbolçuların qidalanmaya xüsusi həssaslıqla yanaşdığını da qeyd edib:
 
“Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Bədavi Hüseynov – onların hər biri qidalanmaya çox ciddi diqqət göstərir,” – deyə o söyləyib.
Link kopyalandı!
Son xəbərlər