11:27
13°C
Bakı
Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
Moderator.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək. Görüşü baş hakim Rauf Cabarov idarə edəcək.
Hazırda Qurban Qurbanovun komandası 29 xalla turnir cədvəlinə başçılıq edirsə, 26 xalı olan Rəşad Sadıqovun komandası onların ən yaxın izləyicisidir.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
17:00 “Zirə” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu