150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun - Rafael Ağayev
İdman
154
05 Dec 2025 | 23:20

150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun - Rafael Ağayev

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb.

Moderator.az xəbər verir ki, o, Azerisport.com saytına bu barədə açıqlama verib:

“İdmançılar mənə “like” qoyanda maaşların kəsirdilər. Deyirdilər ki, “baxın Rafael çox danışır”. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyə yox, sayan yox... Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdüm. Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabın verdilər.

Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs, mən hazırlaşanda “hamı” harda idi?”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər