00:10
12°C
Bakı
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur başa çatıb.
Moderator.az xəbər verir ki, turun son matçında "Abşeron" "Azərreyl"lə üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüş "Abşeron"un 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "DH Volley" "Gənclər"i (3:0), "Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"lı (3:0), "Turan" isə UNEC-i (3:0) məğlub edib.