23:19
11°C
Bakı
"Qarabağ" qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, klub Belçikanın "Lyej" klubunun 22 yaşlı seneqallı mərkəz hücumçusu Ömər Diufu transfer etmək niyyətindədir.
Məlumata görə, "Lyej" klubu hücumçusuna iki milyon avro qiymət təyin edib. Klub Belçikanın "Sent-Trüden" komandasının hücumçu üçün 1.2 milyon avroluq təklifini geri çevirib. Rusiyadan bəzi klubların oyunçunu transfer etmək niyyəti olsa da, Diuf Rusiya çempionatında oynamaqdan imtina edib.
Qeyd edək ki, "Lyej" klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan hücumçu bütün yarışlarda meydana çıxdığı 17 oyunda səkkiz qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.