Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb
İdman
111
22:43, Bu gün

Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

Moderator.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Avropa çempionumuz Sübhan Mamedov (48 kiloqram) debütdə Coui Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kiloqram) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Link kopyalandı!
Son xəbərlər