20:51
13°C
Bakı
UEFA İntizam Komissiyası Ukrayna Futbol Assosiasiyasını milli komanda oyunları zamanı azarkeşlərin davranışına görə cərimələyib.
Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası 2026-cı il dünya çempionatı seçmə mərhələsində İslandiya ilə oyun zamanı meydançaya qaçan və pirotexniki vasitələrdən istifadə edən azarkeşlərə görə ümumilikdə 19 000 avro cərimə ödəməlidir.
Bundan əlavə, Assosiasiya Bosniya və Herseqovinaya qarşı Avro-2024 seçmə mərhələsinin pley-off oyunu zamanı tribunada Rusiyanı terrorçuluqda ittiham edən banner asıldığına görə 15 000 avro cərimələnib. UEFA banneri siyasi və təxribatçı adlandırıb.