Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI
İdman
110
16:30, Bu gün

Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI

İstanbul Respublika Baş Prokurorluğunun "Futbolda Mərc Araşdırmaları" çərçivəsində bu gün həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin siyahısı üzə çıxıb.

Moderator.az yerli mətbuata istinadla xəbər verir ki, araşdırma sənədlərində diqqətçəkən məqam Türkiyə SuperLiqasından aşağı liqalara qədər forma geyinən çox sayda futbolçu ilə yanaşı, klub rəhbərləri və hakimlər haqqında da saxlanma qərarının verilməsidir.

-"Kayserispor", "Sakaryaspor", "Sivaspor", "Konyaspor", "Amedspor", "Hatayspor", "Pendikspor", "Boluspor", "Çorumspor", "Serikspor", "Göztepe", "Manisaspor", "Fatih Karagümrük", "Trabzonspor", "Qalatasaray", "Fənərbağça", "Bandırmaspor", "Alanyaspor" kimi klublardan çox sayda futbolçu;

- "Ümraniyespor" - "Giresunspor" matçındakı şübhəli saxtakarlıq çərçivəsində müəyyən edilən altı nümayəndə;

- "Nazillispor" və "Ankaraspor"un klub rəhbərləri və prezidentləri;

- İqtisadi Cinayətləri Araşdırma Komissiyasının (MASAK) hesabatından sonra adıçəkilən keçmiş hakimlər;

- "Adana Demirspor" klubunun sabiq prezidenti Murat Sancak;

- İdman şərhçisi Ahmet Çakarın həyat yoldaşı daxil olmaqla bəzi şəxslərin adlarının araşdırma siyahısında olduğu görünür.

Bəzi şübhəlilərin ölkə xaricində olduğu, digərlərinin isə polis tərəfindən saxlanıldığı bildirilir. Əməliyyatın ümumilikdə 46 şübhəlini əhatə etdiyi, bunlardan 35-nin saxlanıldığını, digərləri üçün proseslərin qətiyyətlə davam etdirildiyi bildirilib.

Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI

Link kopyalandı!
Son xəbərlər