Bizi sosial şəbəkələrdən izləyin:
Gələn il keçiriləcək futbol üzrə dünya çempionatı (DÇ-2026) zamanı ABŞ-yə 10 milyona qədər əcnəbi azarkeşin gəlməsi gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"DÇ-2026, həmçinin ABŞ iqtisadiyyatına 30 milyard dollar gəlir gətirəcək və 200 min amerikalıya iş yeri yaradacaq", - deyə departamentdən bildirilib.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.