Bu gün Vaşinqtonda 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkü atılacaq.
Moderator.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-a planlaşdırılıb və Con Kennedi adına İfa Sənəti Mərkəzində keçiriləcək.
Püşkatma proseduruna əsasən, turnirə ev sahibliyi edən Kanada, Meksika və ABŞ birinci səbətdə yer alacaq, qalan komandalar isə reytinqinə görə hər biri 12 komandadan ibarət dörd səbətə bölünüb.
2026-cı il dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin siyahısı:
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FİFA pley-off qalibləri (2 komanda).
Qeyd edək ki, DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.