İdman
134
09:16, Bu gün

"Qarabağ"ın istədiyi hücumçu klubunu dəyişəcək, amma...

"Qarabağ"ın sabiq hücumçusu Juninyo Braziliyada klubunu dəyişə bilər.
 
29 forvard "Bahia" ilə danışıqlar aparır.
 
Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Hücumçu axtarışında olan "Qarabağ" da onu geri qaytarmaq istəyirdi.
 
Juninyo bu ilin yanvarında Ağdam klubundan ayrılıb "Flamenqo"ya qoşulub. O, "qırmızı-qaralar"ın əsas heyət üzvlərindən birinə çevrilə bilməyib. Buna görə də onun qış "transfer pəncərəsində" komandanı tərk edəcəyi gözlənilir. (Offsideplus.az)
Link kopyalandı!
Son xəbərlər