Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və Meksika Prezidentləri Donald Tramp və Klaudiya Şeynbaum, həmçinin Kanadanın Baş naziri Mark Karni üç ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) püşkatma mərasimində iştiraklarını təsdiqləyiblər.
Moderator.az bildirir ki, bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.
Püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda keçiriləcək.
Hazırda turnirin 48 iştirakçısından 42-si müəyyənləşib. Meksika və Kanada hər biri 13 oyuna, ABŞ isə 78 oyuna ev sahibliyi edəcək.
Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək.