Tibo Kurtuadan Xabi Alonsonun klubdakı vəziyyəti barədə AÇIQLAMA
İdman
64
18:21, Bu gün

Tibo Kurtuadan Xabi Alonsonun klubdakı vəziyyəti barədə AÇIQLAMA

"Bəzən gərginlik həddini aşır, amma düşünmürəm ki, komanda və məşqçi arasında hər hansı bir problem olub".

Moderator.az "Football Espana" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua baş məşqçi Xabi Alonso və komanda yoldaşları arasındakı münasibətdən danışarkən qeyd edib.

"Düşünürəm ki, biz həmişə onunla yaxın olmuşuq. Biz "Real Madrid" üçün oynayırıq və hər kiçik jest qeyri-adi bir şey kimi görünür, amma biz sadəcə insanıq. Bəzən gərginlik həddini aşır, lakin düşünmürəm ki, komanda və məşqçi arasında hər hansı bir problem olub və ya var", - deyə Kurtua bildirib.

Qeyd edək ki, İspaniya La Liqasında 15 turdan sonra "Real Madrid" 36 xalla ikinci yerdədir. Turnir cədvəlinə 37 xal toplayan "Barselona" klubu başçılıq edir.

Link kopyalandı!
Son xəbərlər