18:08
12°C
Bakı
Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.
Moderator.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
"Azəryol" həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012-13-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, V.Əliyev daha əvvəl kişilərdən ibarət "İdman Akademiyası" ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.