17:09
12°C
Bakı
İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Hans-Diter Flik üç futbolçunu komandasında görmək istəmir.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Mark Kasado, Andreas Kristensen və Dro Fernandes mütəxəssisin gələcək planlarına daxil deyil.
Hər üç oyunçu əsas heyətə düşməkdə çətinlik çəkir. Kataloniyalılar adıçəkilən futbolçulardan Fernandesi icarəyə verməyi planlaşdırır.
Heyətdə daha güclü, rəqabətədavamlı, yalnız hazır olan və nəticə verə biləcək oyunçulara şans veriləcəyi bildirilib.
Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 37 xalla birinci sırada yer alıb.