Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub - AĞIR CƏZA
İdman
84
16:29, Bu gün

Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub - AĞIR CƏZA

AFFA Region Liqasında çıxış edən "İmişli Bələdiyyəspor" komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu "Ağsu Siti" ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və "İmişli Bələdiyyəspor"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Link kopyalandı!
Son xəbərlər