Bizi sosial şəbəkələrdən izləyin:
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis "Şamaxı" ilə matçda rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. "Sumqayıt" klubu isə baş məşqçinin hərəkətinə görə 10 000 manat cərimələnib.
Eyni oyunda "Sumqayıt" beş futbolçusunun sarı vərəqə aldığı üçün 700 manat məbləğində də cərimələnib.