22:50
10°C
Bakı
Ümumdünya Boks Şurası (WBC) amerikalı Terens Kroufordu komissiya haqlarını ödəmədiyi üçün superorta çəkidə (76.2 kq-a qədər) dünya çempionu titulundan məhrum edib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat WBC-nin rəsmi saytında yayımlanıb.
Bildirilib ki, idmançı özbəkistanlı İsrail Madrimov və meksikalı Saul Alvareslə döyüşlər zamanı aldığı qonorarlardan komissiya haqlarını ödəməyib və bununla da qurumun qaydalarını pozub.
Qeyd edək ki, Krouford sentyabrın 13-də Alvaresi məğlub edərək WBC, WBO, IBF və WBA titullarını eyni vaxtda qazanıb və mütləq dünya çempionu olub. Onun digər versiyalar üzrə çempionluq titulu qüvvədə qalır.