Azərbaycan Qran-Prisinin biletləri erkən satışa çıxarıldı
İdman
97
14:30, Bu gün

Azərbaycan Qran-Prisinin biletləri erkən satışa çıxarıldı

Formula 1 Azərbaycan Qran-Prisi 2026-nın 10-cu buraxılışı üçün “Early Bird” erkən bilet satışına start verilib.
 
Moderator.az-ın məlumatına görə, 24-26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı yarışına azərbaycanlılıar üçün xüsusi endirimlər təklif edib.
 
Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik Early Bird endirimi isə 15 dekabr tarixinədək qüvvədədir. Biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür.
 
Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev: “Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley buraxılışı üçün bilet satışlarını ilk dəfə bu qədər erkən başlatmaqdan qürur duyuruq. İndiyədək qazanılan uğurlarımızı və sürətlə yüksələn əcnəbi azarkeş marağını nəzərə alaraq, bu erkən satış imkanını təqdim etməkdən məmnunuq. Bu təşəbbüs həm yerli, həm də xarici avtosport həvəskarlarının mövsümün ən çox gözlənilən idman tədbirlərindən biri üçün biletlərini erkən əldə etmələrinə şərait yaradır. Bu həm də Bakı yarışında təqdim olunan yüksək səviyyəli xidmətin və unudulmaz yarış təcrübəsinin bariz göstəricisidir”.
 
Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90,000 tamaşaçı ilə son doqquz ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb. Qlobal marağın yüksəldiyi bir vaxtda növbəti möhtəşəm yarış mövsümünün canlı şahidi olmaq üçün azarkeşlərə biletlərini erkən əldə etmələri tövsiyə olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər