00:24
12°C
Bakı
Əlcəzairli avtoyürüşçü İsak Hacar "Formula-1"in 2026-cı il mövsümündə "Red Bull" komandasının heyətində çıxış edəcək.
Moderator.az bildirir ki, bu barədə məlumatı "Red Bull"un Mətbuat Xidməti yayıb.
O, dördqat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olacaq.
21 yaşlı Hacar "Formula-1"də 2025-ci il mövsümündə "Red Bull"un törəmə komandası olan "Racing Bulls"un heyətində debüt edib.
Pilotun ən yaxşı nəticəsi Niderland Qran-prisində üçüncü yer olub. "Racing Bulls"da Hacarı 18 yaşlı britaniyalı Arvid Lindblad əvəzləyəcək.