Azərbaycan millisi
İdman
31
19:30, Bu gün

Azərbaycan millisi "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi oldu

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

Moderator.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər