Azərbaycan boksçuları neft ölkələrinin dünya kubokunda
İdman
98
13:40, Bu gün

Azərbaycan boksçuları neft ölkələrinin dünya kubokunda

Dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında boks üzrə dünya kuboku start götürəcək.
 
Moderator.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
 
Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş dünya kubokunda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Yadigar Əliyev, Ramal Yolçiyev (hər ikisi 51 kq), Mətin Məmmədov (57 kq), Əli Miriyev (60 kq), Ruslan Bayramov (63,5 kq), Malik Həsənov (67 kq), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kq) rinqə çıxacaq.
 
Yarışda ölkəmizi Anar Nağdıyev referi kimi təmsil edəcək.
 
Qeyd edək ki, dünya kubokunda 15 ölkənin boksçuları güclərini yoxlayacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər