Tərlan Əhmədov aşağı liqada işləməyi özünə yaraşdırmadı, təklifi geri çevirdi
İdman
145
13:30, Bu gün

Tərlan Əhmədov aşağı liqada işləməyi özünə yaraşdırmadı, təklifi geri çevirdi

"Kəpəz"in sabiq baş məşqçisi Tərlan Əhmədov I Liqada işləmək istəməyib.
 
Elvin Məmmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən "Səbail" ona təklif göndərib.
 
Özünü Premyer Liqadan başqa yerdə görməyən mütəxəssis "dənizçilər"in sükanı arxasına keçməkdən imtina edib.
 
Hətta Bayıl təmsilçisinin vədi də 2023-cü ilin yayından bəri işsiz olan Əhmədovun qərarına təsir göstərməyib.
 
"Səbail" rəhbərliyi komandanı elitaya daşıyacağı təqdirdə, onunla yola davam eləyəcəklərinə söz verib, fəqət, çalışdırıcı öz fikrində qalıb.
 
Aşağı liqa təmsilçisi məhz bundan sonra Adil Şükürova üz tutub. Bu ilin oktyabrında "Kəpəz"in sükanı arxasından uzaqlaşdırılmış məşqçi gələn ilin yayınadək qüvvədə qalacaq kontrakta imza atıb.
 
Əhmədova verilən vəd Şükürov üçün keçərlidir - o, "dənizçilər"i Premyer Liqaya daşıyarsa, minimum daha 1 il görəvinin başında dayanacaq. /sportinfo/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər