Real Madrid
İdman
123
00:34, Bu gün

Real Madrid"dən müdafiə xəttinə 60 milyon avroluq transfer

"Real Madrid" 22 yaşlı sol müdafiəçi Nataniel Braunu gələn yay üçün transfer siyahısına daxil edib.

Moderator.az xəbər verir ki, gənc futbolçu son zamanlarda "Köln" və "Atalanta" qarşılaşmalarında Madrid klubunun skautları tərəfindən izlənilib.

Eyni zamanda, "Barselona" və Mançester Yunayted klubları da ona maraq göstərir.

"Ayntraxt Frankfurt" rəhbərliyi isə 100% əmindir ki, Natianel yayda komandadan ayrılacaq. Klubun idman direktoru Markus Krösşe isə oyunçunun transferi üçün 60-70 milyon avro tələb edir. (Offsideplus.az)

Link kopyalandı!
Son xəbərlər