İdman
173
18:45, Bu gün

"Red Bull" Kimi Antonelli ilə bağlı ittihamlara görə üzr istəyib

"Formula-1" "Red Bull" komandasının Mətbuat Xidməti "Mercedes"in 18 yaşlı pilotu Kimi Antonelliyə rəsmi üzrxahlıq edib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, "Red Bull"un məsləhətçisi Helmut Marko komandanın rəsmi bəyanatından sonra Antonellidən açıq şəkildə üzr istəyib.

"Qətər Qran-prisinin sonunda və finişdən sonra edilən şərhlər, guya "Mercedes" pilotu Kimi Antonellinin qəsdən Lando Norrisin onu ötməsinə icazə verməsi iddiası açıq şəkildə həqiqətə uyğun deyil. Həmin anın videotəkrarı göstərir ki, Antonelli bir anlıq maşının idarəetməsini itirib və bu da Norrisin onu ötməsinə imkan yaradıb. Biz səmimi şəkildə təəssüflənirik ki, bu hadisə Kiminin internetdə təhqirlərə məruz qalmasına səbəb olub", - deyə komandanın bəyanatında bildirilib.

Qeyd edək ki, daha əvvəl Marko bildirmişdi ki, italiyalı qəsdən "McLaren" pilotu Lando Norrisin Qətər Qran-prisinin son dövrələrində onu ötməsinə icazə verib.

"Mən yenidən diqqətlə videoya baxdım. İlk dəfə Antonelli bir az daha yaxşı mövqeyini qoruya bilərdi (Oskar Piastri onu ötəndə - red.). İkinci dəfə isə bu, qəsdən deyil, pilot səhvi idi. Təəssüf edirəm ki, Antonelli internetdə bu qədər mənfi rəy aldı. Bir daha dəqiqləşdirirəm: o, Norrisi qəsdən buraxmayıb", - deyə Marko bildirib.

Xatırladaq ki, Qətər Qran-prisində italiyalı pilot sondan əvvəlki dövrədə səhv edib, "McLaren" pilotu Lando Norris isə onu ötüb və iki xal çox qazanıb, yəni çempionatda "Red Bull" pilotu Maks Ferstappenlə fərqi də iki xal artırıb. Çempionatın sonuncu yarışında isə belə bir fərqi aradan qaldırmaq çox çətin olacaq. Ona görə də Kiminin ünvanına Maksın və "Red Bull"un azarkeşlərindən yüzlərlə təhqiredici mesaj, o cümlədən qisas təhdidləri daxil olmuşdu.

Link kopyalandı!
Son xəbərlər