Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
İdman
90
14:12, Bu gün

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
 
Moderator.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
 
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
 
Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
 
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi oyunlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) uduzub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər