Şəhriyar Məmmədyarov FİDE reytinqində 5 pillə gerilədi
İdman
126
09:05, Bu gün

Şəhriyar Məmmədyarov FİDE reytinqində 5 pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.
 
Moderator.az xəbər verir ki, siyahıda azərbaycanlı şahmatçılardan ən yüksək mövqe Şəhriyar Məmmədyarovdadır.
 
O, ötən reytinqlə müqayisədə 5 pillə geriləyərək 19-cu sırada qərarlaşıb - 2730.
 
Teymur Rəcəbov (2692) 37-ci, Rauf Məmmədov (2645) 78-ci, Eltac Səfərli (2644) 79-cu yerdədir. Aydın Süleymanlı (2628) isə 99-cu pillədədir.
 
Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.
 
Qadınlardan Ülviyyə Fətəliyeva (2440) ötən cədvəldəki mövqeyini qoruyub - 33-cü.
 
Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2358) 80-ci, Xanım Balacayeva (2350) 89-cudur.
 
Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2620) liderliyini qoruyur.
 
Link kopyalandı!
Son xəbərlər