İngiltərə Premyer Liqası:
1940
30 Nov 2025 | 20:56

İngiltərə Premyer Liqası: "Liverpul"dan inamlı qələbə

İngiltərə Premyer Liqasında "Vest Hem Yunayted" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.

Moderator.az xəbər verir ki, final fiti mersisaydlıların qələbəsini rəsmiləşdirib.

Matçda hesab yalnız 60-cı dəqiqədə açılıb. Kodi Qakponun ötürməsini Aleksander İsak dəqiq zərbə ilə tamamlayıb. 84-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan qonaqlar bu dəfə 90+2-ci dəqiqədə Qakponun sərrast zərbəsi ilə fərqi artırıblar - 0:2.

Bu oyundan sonra "Liverpul" turnir cədvəlində 21 xalla yeddinci, "Vest Hem Yunayted" isə 11 xalla 17-ci yerdədir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər