Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI
İdman
2672
30 Nov 2025 | 13:08

Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI

Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb.
 
Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib.
 
Messinin klublarda və milli komandada qazandığı trofeylərin bölgüsü aşağıdakı kimidir:

"Barselona" (35 titul):

- İspaniya La Liqası (10 dəfə);

- İspaniya Kuboku (7);

- İspaniya Superkuboku (8);

- Çempionlar Liqası (4);

- UEFA Superkuboku (3);

- FIFA Klublararası Dünya Çempionatı (3).

Argentina milli komandası (6 titul):

- FIFA Dünya Çempionatı (2022-ci il);

- Amerika Kuboku (2021, 2024);

- Finalissima (2022);

- Olimpiya Oyunları (2022);

- U20 Dünya Kuboku (2005).

PSJ (3 titul):

- Fransa çempionatı (2022, 2023);

- Fransa Superkuboku (2022).

"İnter Mayami" (3 titul):

- Liqa Kuboku (2023);

- MLS müntəzəm çempionatı (2024);

- MLS-nin Şərq Konfransının qalibi (2024).

Ən çox titula sahib futbolçular siyahısında ikinci yerdə braziliyalı müdafiəçi Dani Alveş qərarlaşıb. Onun hesabında 43 trofey var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər