Qətər Qran-prisində qalib bəlli oldu
İdman
2720
29 Nov 2025 | 22:19

Qətər Qran-prisində qalib bəlli oldu

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" dünya çempionatının 23-cü mərhələsində - Qətər Qran-prisində sprint yarışının qalibi olub.

Moderator.az xəbər verir ki, ikinci yeri "Mercedes"dən britaniyalı Corc Rassel tutub. Üçüncü yeri isə Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris qazanıb.

Daha sonra əsas yarış üçün təsnifat mərhələsi keçiriləcək. Mərhələ proqramı bazar günü yarışla başa çatacaq. Start Bakı vaxtı ilə saat 20:00-a təyin olunub.

Sprint yarışından sonra turnir cədvəlinə Norris (396 xal) liderlik edir, ikinci yerdə Piastri (374), üçüncü yerdə isə Ferstappen (371) qərarlaşıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər