Yamal bu göstəricilərlə Messini ötdü
İdman
130
28 Nov 2025 | 23:57

Yamal bu göstəricilərlə Messini ötdü

“Barselona”nın gənc hücumçusu Lamin Yamal 2025-ci il üzrə dünya futbolu üzrə ən çox satılan forma siyahısında lider olub.

Moderator.az xəbər verir ki, bu barədə SPORF nəşri məlumat yayıb.

Portalın son marketinq araşdırmasına əsasən, 18 yaşlı Yamalın forması 1 milyon 315 min nüsxəlik satışla dünya üzrə birinci yeri tutub. Bununla da o, ikinci pillədə qərarlaşan klub əfsanəsi Lionel Messini geridə qoyub. Messinin forması isə 1 milyon 278 min dəfə satılıb. Üçüncü yerdə isə “Barselona”nın polşalı hücumçusu Robert Levandovski qərarlaşıb. Onun forması 1 milyon 110 min nüsxə satılıb.

Qeyd edək ki, Lamin Yamal cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər