01:34
11°C
Bakı
"McLaren" pilotu Oskar Piastri Qətər Qran-prisinin sprint yarışının təsnifat mərhələsində qalib gəlib.
Moderator.az xəbər verir ki, "Mercedes" pilotu Corc Rassel ikinci, Piastrinin komanda yoldaşı və çempionatın lideri Lando Norris isə üçüncü yeri tutub.
"Red Bull" komandasından dördqat dünya çempionu Maks Ferstappen altıncı yerdə qərarlaşıb. Yeddiqat dünya çempionu və "Ferrari" pilotu Lyuis Hemilton isə 18-ci olub.