20:28
11°C
Bakı
İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Ronald Arauxo La Liqanın XIV turunda "Alaves"ə qarşı keçiriləcək matçı buraxacaq.
Moderator.az "AS" nəşrinə istinadən xəbər verir ki, buna 26 yaşlı futbolçunun mədəsində infeksiya aşkarlanması səbəb olub.
O, bir müddət müalicə almaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, "Barselona" - "Alaves" matçı noyabrın 29-da "Kamp Nou"da keçiriləcək