Yurgen Klopp yenidən
İdman
144
18:00, Bu gün

Yurgen Klopp yenidən "Liverpul"un baş məşqçisi ola bilər

"Liverpul"un rəhbərliyi Arne Slotu istefaya göndərəcəyi təqdirdə Yurgen Kloppa baş məşqçi vəzifəsini tutması ilə bağlı müraciət edə bilərlər.

Moderator.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssisə cari mövsümün sonuna qədər klubu idarə etmək təklif olunacaq.

Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin iyununa qədər "Liverpul"da çalışıb.

Kloppun gedişindən sonra komandanın sükanı arxasına Arne Slot keçib. Onun rəhbərliyi altında "qırmızılar" 2024/2025 mövsümünü İngiltərə Premyer Liqasının çempionu kimi başa vurublar.

Cari mövsümdə "Liverpul" bütün yarışlar nəzərə alınmaqla doqquz oyunda məğlub olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər