İdman
127
17:10, Bu gün

"Mançester Siti" İspaniya millisinin üzvünü transfer etmək niyyətindədir

İngiltərənin "Mançester Siti" klubu "Elçe"nin (İspaniya) yarımmüdafiəçisi Rodriqo Mendosanı transfer etmək niyyətindədir.

Moderator.az-ın "Daily Mail"a istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniyanın U-20 millisinin 20 yaşlı oyunçusunu yaxından izləyir.

"Arsenal" (İngiltərə) və "Real"ın (İspaniya) da maraqlandığı Mendosa 20 yaşadək futbolçular arasında dünya çempionatında yığmanın keçirdiyi beş matçın hamısında start heyətində meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, R.Mendosa 2025/2026 mövsümündə "Elçe"nin heyətində keçirdiyi 10 matçda 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

"Transfermarkt" oyunçunun dəyərini 9 milyon avro qiymətləndirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər