Mateuş Koxalski:
İdman
155
17:00, Bu gün

Mateuş Koxalski: "Azərbaycana yeni gələndə özümü yaxşı hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim"

"Penalti zərbələri zamanı adətən qapının bir küncünü seçib həmin tərəfə tullanıram. "Napoli" ilə oyundan öncə iki futbolçunu analiz etmişdim. Onların arasında isə Rasmus Höylund yox idi. Buna görə də ani olaraq nəsə fikirləşməli idim".

Moderator.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının liqa mərhələsində İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları V tur oyununda penalti zərbəsini dəf etməsi barədə danışarkən deyib.

Koxalski gələcək karyerası barədə də açıqlama verib:

"Azərbaycanda özümü yaxşı hiss etmirdim. Avropaya qayıtmaq istəyirdim, amma qaldım və mənim üçün uğurlu oldu. İndi inkişafa davam etmək və daha yüksək səviyyələrə çatmaq istəyirəm".

O, Qurban Qurbanov barədə verilən suala maraqlı cavab verib:

"Qurban Qurbanov ciddi bir şey baş vermədikcə oyunçularla çox danışmır. Onun oyuna yanaşmasını bəyənirəm. Çünki Qurban Qurbanov hər matçda öz standartlarımızı müəyyən etməyimizi istəyir. O, daha yüksəksəviyyəli klublarda işləyə bilərdi, amma burada əsas rol oynayır".

"Azərbaycan Polşa ilə müqayisədə təhlükəsiz ölkədir. Orada küçələrdə dava, sərxoş və ya evsiz insanlar görməmişəm. Fərqli bir mədəniyyətlə qarşılaşdığım üçün bir az çətinlik çəkdim amma bunun öhdəsindən gəlmişəm".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər